Pleyeri seçin:
Yüksək sürət qəzaya səbəb oldu, iki nəfər yaralandı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Xəqani küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 1972-ci il təvəllüdlü şəhər sakini Nağıyev Rövşən Telman oğlu idarə etdiyi “VAZ 21 06” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı çinar ağacına çırpılıb.
Hadisə zamanı sürücü və avtomobildə olan sərnişin, 1974-cü il təvəllüdlü Muradova Natavan Qaraxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Məlumata görə, qəzaya səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Kopyalandı
