Pleyeri seçin:

Zabratdakı qandonduran hadisənin təfərrüatı | Keçmiş məhkuma hökm oxundu

10 iyul 2024 201 baxış

Yatağda çapacaqla həyat yoldaşına zərbələr vuraraq onu öldürməyə cəhd edən şəxsin cinayət işi yekunlaşıb.

Belə ki, 2021-ci il sentyabrın 3-də Kəmalə Mirzəyeva ağır yaralı halda 3 saylı Şəhər Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb. Göstərilən tibbi yardım nəticəsində onun həyatı xilas edilib. Elə həmin gecə hadisəni törədən qadının əri, əvvəllər məhkum olunmuş Şükür Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Bundan sonra Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla müəyyən edilib ki, Şükür Mirzəyev narkotik vasitələr istifadə edib, ailəsində mütəmadi münaqişə yaratdığı üçün arvadı Kəmalə Mirzəyeva hərəkətlərindən bezib və onu danışdırmayıb. Sentyabrın 3-ü gecə saat 2 radələrində Zabrat qəsəbəsində yaşadığı evin mətbəxindən məişət təyinatlı çapacağı götürüb yoldaşının yatdığı otağa daxil olub. Öldürmək məqsədilə çarpayıda yatan qadının baş və bədəninin müxtəlif nahiyələrinə 8 dəfə zərbə endirib. Atası Mirzə Mirzəyev hadisəni görüb müdaxilə etdiyindən cinayət əməlini başa çatdıra bilməyib.

Kəmalə Mirzəyeva hadisə yerinə gəlmiş qonşuların və təcili tibbi yardım briqadasının köməkliyi ilə Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Bu hərəkəti ilə Şükür Mirzəyəv zərərçəkmişi qəsdən öldürməyə cəhd edib.

Zərəçəkmiş Kəmalə Mirzəyeva ifadəsində bildirib ki, ailə quran vaxtdan əri Şükür Mirzəyev işləməyib. Mütəmadi narkotik vasitələrdən istifadə edən ər ailə üzvləri ilə aqressiv davranıb, dəfələrlə arvadını döyüb. Qayınatasının təqaüdü ilə dolana bilmədiklərindən Kəmalə Mirzəyeva 2021-ci ildən dayə kimi işləməyə başlayıb.

Avqustdan sentyabra kimi Şükür narkotik vasitələrdən asılılığını tərgitmək məqsədilə Narkoloji Dispanserdə müalicə olunub. Məhkəmə-narkoloji ekspertizasının rəyinə görə, Şükür Mirzəyev narkomaniya xəstəliyi aşkar edilib. Məhkəmə iclasında o, ittiham üzrə özünü təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şükür Mirzəyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 201 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 201 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 201 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 201 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 201 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 201 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 201 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 201 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 201 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 201 baxış
Seçilmişlər
icon