Zaqatalada dəhşət | Mətbəxdən başlayan alov bütün evi yandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada yanğın olub. Hadisə rayonun Qazangül qəsəbəsində 5 ailənin yaşadığı birmərtəbəli binada baş verib.
Zərərçəkən Xuraman Qocayevanın sözlərinə görə, 2024-cü ilin iyun ayında rayonun Aşağı Çardaqlar kəndində ailəsinə məxsus fərdi yaşayış evi bilinməyən səbəbdən yanıb. Yanğın baş verən binada 4 otaqlı evi isə təzə alıblar.
Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində binanın tam yanmasının qarşısı dərhal alınıb. Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 140 kvadratmetrlik sahədə yanıb və Xuraman Qocayevaya məxsus ümumi sahəsi 130 kvadratmetr olan 4 otaqlı evin mətbəxtinin yanar konstruksiyaları və tavanı 12 kvadratmetr sahədə yanıb.
Faktla bağlı araşdırma aparılır.
#Zaqatala teqi istifadə olunub
- Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV
- Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI
- “Kilosunda heç 20 qəpik xeyir qalmır” | Zaqatalalı fermerlər çıxılmaz durumda - Baku TV
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
- Bu kəndə giriş kimlər üçün bağlıdır? - KƏNDİNƏ QAYIT
