Zaqatalada doğum zamanı faciə | Övladını itirən ana nələri danışdı?
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada yeni doğulan körpə ölüb.
Rayonun Yengiyan kənd sakini 24 yaşlı Sahibə Məmmədova doğuş sancıları ilə oktyabrın 31-i səhər saat 9 radələrində Doğum şöbəsinə daxil olub. Noyabrın 1-i gecə saat 03:50-də Sahibə Məmmədova təbii doğuşla oğlan uşağı dünyaya gətirib. Daha sonra anaya körpəsinin ölməsi barədə məlumat verilib.
“Həkimə dedim ki, uşaq tərpənmir, baxın, dedilər, narahat olmayın, ürək döyüntüləri var. İynə vurdular, bildirdilər ki, birazdan sancı tutacaq səni. Uşaq doğulanda soruşdum ki, sağdır? Dedilər, bəli. Lakin uşaq tərpənmirdi. Həkim isə dedi ki, uşaq bir ay öncə ölüb, amma mən xəstəxanaya müraciət edərkən o tərpənirdi”, – S.Məmmədova deyib.
Yaxınları isə bildiriblər ki, bu vaxta qədər qadın bütün yoxlanışlardan keçib və hər şey normal olub.
Sözügedən mama-ginekoloq Sədaqət Şəfiyeva bildirib ki, ölümün dəqiq səbəbini öyrənmək üçün müvafiq nümunələr götürülüb.
Faktla bağlı araşdırma aparılır.
#Zaqatala teqi istifadə olunub
- Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV
- Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI
- “Kilosunda heç 20 qəpik xeyir qalmır” | Zaqatalalı fermerlər çıxılmaz durumda - Baku TV
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
- Bu kəndə giriş kimlər üçün bağlıdır? - KƏNDİNƏ QAYIT
