Zaqatalada faciəvi qəza | DİN-dən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalanın Göyəm kəndi ərazisində ağır yol qəzası baş verib.
Beşinci sinif şagirdləri olan İbrahim İbrahimzadə, Ramazan İsayev və Kamal Permadovu avtomobil vurub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub. Nəticədə, azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda bildirilib ki, qəzanı törədən Zaqatala şəhər sakini Emin İbrahimov əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunub və avtomobili sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə edib. Faktla bağlı araşdırma aparılır.
#Zaqatala teqi istifadə olunub
- Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV
- Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI
- “Kilosunda heç 20 qəpik xeyir qalmır” | Zaqatalalı fermerlər çıxılmaz durumda - Baku TV
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
- Bu kəndə giriş kimlər üçün bağlıdır? - KƏNDİNƏ QAYIT
