Zaqatalada kütləvi zəhərlənmə | Həkimdən təcili açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada zəhərlənmə hadisəsi baş verib.
Rayonun Çobankol kənd sakini, 25 yaşlı İlqar Əhmədov, Mosul kənd sakini, 17 yaşlı İradə Əsədullayeva və Qazangül qəsəbə sakini, 8 yaşlı Əli Atayev qida zəhərlənməsi əlamətləri ilə Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Xəstəxanadan verilən məlumata görə, zərərçəkənlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, dönərxanaya baxış keçirilib, müayinələrin aparılması məqsədilə müxtəlif nümunələr götürülərək laborator analizlərə cəlb olunub:
“Görülmüş tədbirlərlə iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək”.
Qeyd edək ki, Zaqatalada bu ilin may ayında da dönərdən kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Qırx nəfər toyuq ətindən hazırlanan dönərdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
#Kütləvi zəhərlənmə teqi istifadə olunub
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
- Sumqayıt məktəbində kütləvi zəhərlənmə | Şagirdlər təcili xəstəxanaya çatdırıldı - Baku TV
- Şad günün acı sonluğu | Toydan sonra restorana məhdudiyyət qoyuldu - Baku TV
- Kürdəmirdə toydan sonra xəstəxanaya çatdırılanların son durumu - Baku TV CANLI
- Xəstəxanaya düşən 92 nəfərlə bağlı Baş Prokurorluqdan təcili məlumat - Baku TV
