Pleyeri seçin:
Zaqatalada maşın aşdı | FHN sürücünü belə xilas etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada yol-nəqliyyat hadisəsi olub. Hadisə Gözbarax kəndində baş verib.
Rayonun Yeni Suvagil kənd sakini 1989-cu il təvəllüdlü Rövşən Abdulsalam oğlu Qurbanovun idarə etdiyi “KIA” markalı 99-RA-501 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə aşıb.
Qəza zamanı sükan arxasında sıxılmış vəziyyətdə qalan sürücü R.Qurbanovu avtomobildən çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və yanğınsöndürən xilasediciləri cəlb edilib.
R.Qurbanov avtomobildən çıxarılaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Zaqatala teqi istifadə olunub
- Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV
- Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI
- “Kilosunda heç 20 qəpik xeyir qalmır” | Zaqatalalı fermerlər çıxılmaz durumda - Baku TV
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
- Bu kəndə giriş kimlər üçün bağlıdır? - KƏNDİNƏ QAYIT
