Pleyeri seçin:
Zaqatalada təsərrüfatlara ciddi ziyan dəyib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 30-da külək və leysan yağışla müşayiət olunan dolu Zaqatala rayonunun bəzi ərazilərində, xüsusilə Yuxarı Tala, Aşağı Tala və Muxax kəndlərində fəsadlar törədib. Dolu əsasən şəxsi təsərrüfatlara və meyvə ağaclarına zərər yetirib.
Fəsadlar ən çox Muxax kəndində qeydə alınıb. Burada tütün sahələri, çiyələk və fındıq bağları, həyətyanı sahələrin böyük hissəsi dolu nəticəsində məhv olub. Yetişməkdə olan bostan-tərəvəz bitkilərinə də ziyan dəyib.
Qeyd edək ki, Şəkinin də bir neçə kəndinə dolu yağıb. Rayonun Böyük Dəhnə, Kiçik Dəhnə, Şorsu və Aşağı Layısqı kəndlərində dolu təsərrüfatlara ziyan vurub. Ölkənin Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hazırda da davam edir.
Kopyalandı
#Zaqatala teqi istifadə olunub
- Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV
- Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI
- “Kilosunda heç 20 qəpik xeyir qalmır” | Zaqatalalı fermerlər çıxılmaz durumda - Baku TV
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
- Bu kəndə giriş kimlər üçün bağlıdır? - KƏNDİNƏ QAYIT
