Pleyeri seçin:
Zəlzələdən sağ çıxdı, yanğında həlak oldu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 6-da Türkiyənin İskenderun şəhərini də əhatə edən güclü zəlzələdən sonra Kütahya şəhərində qızının evinə sığınan şəxs yanğının qurbanı olub.
Hadisə fevralın 12-də baş verib. Belə ki, 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki mağazadan başlayan yanğın Çakmak ailəsinin də içərisində olduğu 3-cü mərtəbəyə qədər yayılıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və mənzildəki sakinlər təxliyə edilib.
Yanğın zamanı xəsarət alan Çakmak ailəsi xəstəxanaya çatdırılıb. Ancaq xəsarətləri ciddi olan ata Nəcib Çakmak dünyasını dəyişib. Onun xanımı Sönməz Çakmak və uşaqları isə həyati təhlükələri olduğu üçün başqa bir xəstəxanaya köçürülüb.
Hazırda yanğınla bağlı araşdırma aparılır.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
