Zəng etdilər ki, uşaq zəhərlənib... | Dönər Tovuz sakinlərinin başına bəla oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Aralarında azyaşlıların da olduğu 28 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların sayının artacağı istisna edilmir.
Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib, vəziyyətləri isə stabil olaraq qiymətləndirilir.
Hadisə ilə bağlı zərərçəkənlərin yaxınları bildiriblər ki, onlar dönər yedikdən sonra səhhətlərində problem yaranıb.
“Dönər yemişdim. Sonra gördüm ki, ürəyim bulanır, özümə gələ bilmirəm. Uşaqlara dedim, məni həkimə gətirdilər. Həkim sistem qoşdu, indi yavaş-yavaş özümə gəlirəm”, – zərərçəkənlərdən biri deyib.
Baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb. Agentliyin mütəxəssisləri istehlaka təqdim olunan qidalardan nümunələr götürərək laborator müayinələrə cəlb edib. İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Hazırda araşdırmalar davam etdirilir.
#Tovuz teqi istifadə olunub
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI
- Tovuzda şübhəli ölüm: "Qapını bağlayıb, çimməyə girib" | Hadisənin əsl səbəbi nədir? - Baku TV
- Siniflər birləşdirildi, yüksək bal toplayan müəllim niyə kənarda qaldı? - Baku TV CANLI
