Pleyeri seçin:
Zərdabda ailə dəhşət yaşadı | 3 nəfəri ölümə aparan hadisənin detalları
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Zərdabda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 3 nəfər həyatını itirib, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı övladları, digəri qohumunun 4 yaşlı qızıdır.
Hadisə nəticəsində xəsarət alan şəxslər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.
Kopyalandı
#Avtomobil qəzası teqi istifadə olunub
- İmişlidə minik avtomobilinin aşması nəticəsində bir nəfər həyatını itirib - ƏSAS XƏBƏR
- Minik avtomobili iki yük maşınının arasında qaldı | Rusiyada bədbəxt hadisə - 24 SAAT
- Bərdədə dəhşətli qəza: "İşdə eşitdim ki, maşın..." | Avtomobil evə çırpılıb - Baku TV
- Bakıda avtomobil neft quyusuna düşdü
- Naxçıvanda dəhşətə gətirən ailə faciəsi yaşandı - Baku TV CANLI
