Pleyeri seçin:

Zəvvarları aldadan qadının dəhşətli əməlləri üzə çıxdı | DİN-dən məlumat

13 may 2025 359 baxış

Turizm sahəsində çalışan Leyla İbrahimovanın törətdiyi dələduzluq cinayətlərinə görə həbsi ilə bağlı iddialara aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, sosial şəbəkələrdə Leyla İbrahimovanın həbsi ilə bağlı barəsində şəxsi mülahizələrə əsaslanan iddialar onun törətdiyi cinayət əməlləri ilə uzlaşmır, 60 nəfər zərərçəkmiş var və onların hər biri vurulan maddi zərərin geri qaytarılmasını tələb edir.

"Əvvəllər 6 nəfərə qarşı törətdiyi dələduzluq əməllərinə görə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş İbrahimova Leyla Rahib qızı özünü turizm xidməti göstərən "Romance Travel" şirkətinin rəhbəri kimi təqdim edib, 51 nəfər zəvvarın ziyarətə getmələri üçün 8880, ABŞ-yə və digər ölkələrə səyahət üçün, eləcə də viza işlərinin təşkilinə görə 9 nəfərin 38 737 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.

Vətəndaşların şikayətləri əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılaraq L.İbrahimova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə onun barəsində ibtidai istintaq davam etdirilir", ‒ deyə nazirlikdən bildirilib.

Salyanda 2 ay əvvəl itkin düşmüş şəxsin meyiti tapıldı - Baku TV

Salyanda 2 ay əvvəl itkin düşmüş şəxsin meyiti tapıldı - Baku TV

Hadisə
02 aprel 2026 359 baxış
Ağdərədə partlayış: Kənd sakini minaya düşdü - Baku TV

Ağdərədə partlayış: Kənd sakini minaya düşdü - Baku TV

Hadisə
02 aprel 2026 359 baxış
Ağdərədə mina partladı: Yaralı var | Aidiyyəti qurumlardan vacib xəbərdarlıq - ANA XƏBƏR

Ağdərədə mina partladı: Yaralı var | Aidiyyəti qurumlardan vacib xəbərdarlıq - ANA XƏBƏR

Hadisə
01 aprel 2026 359 baxış
"Uşaqdan ötrü yandı, öldü" | Qandonduran ailə faciəsinin səbəbi | "Gəlin gördü ki, əri..." - Baku TV

"Uşaqdan ötrü yandı, öldü" | Qandonduran ailə faciəsinin səbəbi | "Gəlin gördü ki, əri..." - Baku TV

Hadisə
01 aprel 2026 359 baxış
Gəncədə dəhşətli yanğın baş verdi

Gəncədə dəhşətli yanğın baş verdi

Hadisə
01 aprel 2026 359 baxış
"Bir dəqiqə, qırağa dur" | 2 ay əvvəl çəkilən yol niyə çökdü? - İdarə rəisi nəyi açıqladı? - Baku TV

"Bir dəqiqə, qırağa dur" | 2 ay əvvəl çəkilən yol niyə çökdü? - İdarə rəisi nəyi açıqladı? - Baku TV

Hadisə
01 aprel 2026 359 baxış
“Bacısı burada ağlayırdı” | Qonşular ər-arvadın faciəvi ölümündən danışdı - Baku TV

“Bacısı burada ağlayırdı” | Qonşular ər-arvadın faciəvi ölümündən danışdı - Baku TV

Hadisə
01 aprel 2026 359 baxış
Ata ilə qızı nədə təqsirləndirilir? | Məhkəmədə gərgin anlar - Baku TV

Ata ilə qızı nədə təqsirləndirilir? | Məhkəmədə gərgin anlar - Baku TV

Hadisə
01 aprel 2026 359 baxış
İşgəncə verməkdə ittiham olunanlara hökm oxundu - Baku TV

İşgəncə verməkdə ittiham olunanlara hökm oxundu - Baku TV

Hadisə
01 aprel 2026 359 baxış
Dəmirçi-Lahıc avtomobil yolunda son vəziyyət necədir? - Baku TV

Dəmirçi-Lahıc avtomobil yolunda son vəziyyət necədir? - Baku TV

Hadisə
31 mart 2026 359 baxış
Seçilmişlər
icon