Pleyeri seçin:
AFFA Henrix Mxitaryanın təxribatını cavabsız qoymayacaq
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“İnter”in ermənistanlı futbolçusu Henrix Mxitaryanın ölkəmizə qarşı təxribatı ilə bağlı UEFA və İtaliya Futbol Federasiyasına müraciət ediləcək.
Bu barədə Baku TV-yə AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
“Zəruri hüquqi sənədlər hazırlanaraq gün ərzində UEFA-ya və İtaliya Futbol Federasiyasına bununla bağlı müraciət ünvanlanacaq”, - deyə o bildirib.
Xatırladaq ki, “İnter”in yutub kanalına müsahibə verən Henrix Mxitaryan ölkəsi haqqında sualı cavablandırarkən Ermənistanın xəritəsini çəkib. O bu xəritəyə Azərbaycanın Qarabağ bölgəsini də əlavə edərək ölkəmizə qarşı təxribata yol verib.
Kopyalandı
#Henrix Mxitaryan teqi istifadə olunub
