Erməni futbolçu Henrix Mxitaryandan ölkəmizə qarşı təxribat
Yeniliklərdən dərhal xəbərdar olun
“İnter” komandasının ermənistanlı üzvü Henrix Mxitaryan ölkəmizə qarşı təxribata əl atıb.
Klubun yutub kanalına müsahibə verən 33 yaşlı futbolçu ölkəsi haqqında sualı cavablandırarkən Ermənistanın xəritəsini çəkib. O bu xəritəyə Azərbaycanın Qarabağ bölgəsini də əlavə edib.
Qeyd edək ki, bu, Mxitaryanın ölkəmizə qarşı ilk təxribatı deyil. O, bu cür addımları 44 günlük Vətən müharibəsi dövründə də atırdı. Belə ki, dünya və futbol ictimaiyyətini çaşdırmaq istəyən Henrix Ermənistanın xristian dəyərlərini qorumaq niyyətində olduğunu bildirmişdi. Bundan başqa, 2-ci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdikdən sonra bu şəhərdə Mxitaryanın özü üçün qanunsuz olaraq tikdirdiyi malikanəni də aşkarlayıb.
#Henrix Mxitaryan teqi istifadə olunub
