AFFA-nın hesabat konfransında qurumun gəlirləri açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 7-si AFFA-nın növbəti hesabat konfransı keçirilib.
Tədbirdə AFFA rəhbərliyi ilə yanaşı, gənclər və idman naziri Fərid Qayıbov, federasiya rəsmiləri və idman ictimaiyyəninin nümayəndələri iştirak ediblər.
Konfransın əvvəlində giriş sözü ilə çıxış edən AFFA prezidenti Rövnəq Abdullayev tədbir iştirakçılarını salamlayaraq, hesabat dövründə ölkə futbolunun inkişafı məqsədilə müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib.
Daha sonra AFFA-nın baş katib Sərxan Hacıyev məruzəsində VAR sisteminin uğurla tətbiq edildiyini və infrastrukturun yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə məlumat verib.
Tədbirin davamında UEFA-nın Həmrəylik proqramları çərçivəsində AFFA-ya ümumilikdə 6 737 866 manat maliyyə vəsaiti ayırdığı, Millətlər Liqasındakı iştiraka görə isə 2 074 118 manat gəlir əldə olunduğu bildirilib. Bu vəsaitin müxtəlif yaş qrupları üzrə yığmaların, liqaların, hakimlik, məşqçilik və digər sahələrin inkişaf etdirilməsinə ayrılacağı qeyd olunub.
Eyni zamanda ötən il FİFA-nın “Forward” proqramı ilə AFFA-nın büdcəsinə 3 485 804 manat vəsait daxil olduğu diqqətə çatdırılıb.
Bundan başqa, UEFA-nın 2022-ci ildə Azərbaycan çempionatında çıxış edən komandalara ayırdığı vəsait bəlli olub. Qitə Futbol Qurumu ölkəmizin 8 klubuna ümumən 28 milyon 924 min 10 manat ödəyib. Bu məbləğdən 24 497 200 manat “Qarabağ” komandasına ödənilib.
Konfransda həmçinin AFFA-nın Peşəkar Futbol Liqasına ayırdığı vəsait barədə məlumat verilib. Hesabata əsasən, ölkəmizin ali futbol qurumu liqaya 2022-ci ildə 454 200 manat ayırıb ki, bu da ötən illərlə müqayisədə azdır.
#Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) teqi istifadə olunub
- AFFA prezidenti Hövsan Yarış Kompleksində yaradılan şəraitlə tanış olub - Baku TV
- UEFA Çempionlar Liqasının final məkanları bəlli oldu
- AFFA prezidenti "Sabah"ı təbrik edib - Baku TV
- AFFA İntizam Komitəsi Riad Rəfiyev və Saşa İliçi sərt cəzalandırdı | Yeni idman xəbərləri - Baku TV
- AFFA İntizam Komitəsindən sərt qərarlar | Yeni idman xəbərləri - Baku TV
