AFFA-nın İcraiyyə Komitəsi bir sıra vacib qərarlar qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 3-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Qurumun prezidenti Rövşən Nəcəfin rəhbərliyi ilə baş tutan toplantıda vacib qərarlar qəbul olunub.
İcraiyyə Komitəsi ölkəmizdə bir sıra şirkətlərdə rəhbər vəzifələrdə işləmiş Cahangir Fərəcullayevin AFFA-nın yeni baş katibi təyin olunması ilə bağlı qərar qəbul edib.
İclasda Azərbaycan Premyer Liqasında klub sayının artırılması məsələsi də müzakirə olunub. Qərara alınıb ki, növbəti mövsümdən çempionatda komandaların sayı artırılaraq 10-dan 12-yə çatdırılsın.
Eyni zamanda 2025/2026-cı illər mövsümündən Premyer Liqada legioner limitinin ləğvi və bu futbolçulara rüsum tətbiq edilməsi qərara alınıb. Ümumilikdə yeni mövsümdə sifariş vərəqəsində maksimum 17 əcnəbi oyunçuya yer veriləcək.
İclasın davamında AFFA-nın 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olunub. Eyni zamanda qurumun bu il üçün büdcəsi təsdiqlənib.
#Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) teqi istifadə olunub
- AFFA prezidenti Hövsan Yarış Kompleksində yaradılan şəraitlə tanış olub - Baku TV
- UEFA Çempionlar Liqasının final məkanları bəlli oldu
- AFFA prezidenti "Sabah"ı təbrik edib - Baku TV
- AFFA İntizam Komitəsi Riad Rəfiyev və Saşa İliçi sərt cəzalandırdı | Yeni idman xəbərləri - Baku TV
- AFFA İntizam Komitəsindən sərt qərarlar | Yeni idman xəbərləri - Baku TV
