“Anam dəstək olmadı, amma...” | Batumidən gümüş medalla qayıdan karateçi Solmaz Zeynallı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, Azərbaycan karateçiləri Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Open 2026 – Grand Prix” beynəlxalq turnirində yeddi medal qazanaraq komanda hesabında üçüncü yeri tutublar.
Qadınların yarışında Solmaz Zeynallı (60 kq) gümüş medal əldə edib.
Vətən müharibəsi şəhidi Tural Zeynalovun bacısı olan idmançı Baku TV-yə müsahibə verib.
O, yarış zamanı üzərində böyük məsuliyyət hiss etdiyini bildirib:
“Sonuncu yarışımız noyabrın 7-8-də Gürcüstanın Batumi şəhərində keçirilib. Bu yarışda ən böyük çətinlik üzərimdə böyük məsuliyyət hiss etməyim idi. Günlərlə, aylarla çəkdiyim zəhmətin bəhrəsini görmək istəyirdim. Şükür edirəm ki, əziyyətim yerdə qalmadı və həmin yarışda gümüş medal qazandım. 2021-ci ildən bəri iştirak etdiyim bütün yarışlarda üzərimdə ikiqat məsuliyyət hiss etmişəm. Həm Azərbaycan Bayrağını yüksəltmək, həm də qardaşımın ruhunu şad etmək, onun adını layiqincə daşımaq istəyirəm. Bütün qələbələrimi şəhid qardaşıma həsr edirəm”.
#Solmaz Zeynallı teqi istifadə olunub
