Andre Şinyaşikinin "Neftçi"yə keçidi ilə bağlı vacib məqam
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddət əvvəl “Neftçi”yə qoşulan Andre Şinyaşikinin transferi ilə bağlı bəzi məqamlar bəlli olub.
“Oxu.Az” xəbər verir ki, ABŞ-nin “Şarlott” klubunda çıxış edən Şinyaşiki “Neftçi”nin maraq dairəsinə düşdükdən sonra MLS təmsilçisinə azad agent statusu almaq istəyini bildirib və yekunda buna nail olub.
“Ağ-qaralar”ın yeni baş məşqçisi Adrian Mutu ilə işləməyə böyük həvəs göstərən braziliyalı vinger hətta Türkiyə çempionatından gələn təklifdən də imtina edib.
Məşhur “Transfermarkt” portalına əsasən dəyəri 3 milyon avro olan Şinyaşiki yekunda Azərbaycan təmsilçisinə pulsuz qoşulub. Dəyəri yüksək olan futbolçunun heç bir vəsait ödənmədən komandaya cəlb olunması “Neftçi”nin transfer siyasətinin və klub seleksionerlərinin böyük uğuru kimi qiymətləndirilir.
#Andre Şinyaşiki teqi istifadə olunub
