Pleyeri seçin:
Atıcılıq üzrə dünya çempionatında qarışıq komanda yarışının qalibi məlum oldu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında daha bir növdə qalib müəyyənləşib.
Bakı Atıcılıq Mərkəzində təşkil olunan turnirdə 10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma üzrə qarışıq komanda mübarizəsində Çin təmsilçiləri ən yaxşı nəticəyə imza atıblar. Yutinq Huanq və Lihao Şenqin yer aldığı komanda İran və Fransa idmançılarını qabaqlayaraq qızıl medal qazanıb.
Qeyd edək ki, avqustun 14-də start götürən atıcılıq üzrə 53-cü dünya çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Sentyabrın 1-dək davam edəcək yarışda 101 ölkədən 1239 idmançı iştirak edir.
Kopyalandı
#Dünya çempionatı teqi istifadə olunub
- Bakıdakı dünya çempionatına 82 ölkə qeydiyyatdan keçib
- Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub | Yeni idman xəbərləri - Baku TV
- İdmançımız İsfahan Həsənov dünya çempionatında gümüş medal qazanıb - Baku TV
- “ABŞ artıq qonaqlarda mənfi təəssürat yaradıb” | Nensi Armor
- Komandanın oyunçusu məğlubiyyətlə bağlı şərh verdi
