Pleyeri seçin:
Avropa Ağır Atletika Federasiyası bayrağımızın yandırılmasını qınayıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Ağır Atletika Federasiyası İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını qəti şəkildə qınayıb. Qurumun rəsmi saytında bununla bağlı bəyanat yerləşdirilib.
Bəyanatda deyilir: “Bu addımı idmanın toxunulmaz dəyərlərinə və ədalətli oyun prinsiplərinə zərbə kimi qiymətləndiririk. Avropa Ağır Atletika Federasiyası hadisədən sonra Azərbaycan nümayəndə heyəti ilə daim əlaqədə olub və idmançılar, məşqçilər, eləcə də rəsmi şəxslərlə həmrəydir. Biz Azərbaycan nümayəndə heyətinin yarışı tərk etməsinə təəssüflənsək də, buna hörmətlə yanaşırıq. Avropa Ağır Atletika Federasiyası baş verən hadisə ilə əlaqədar əlavə tədbirlərin görülməsini nəzərdən keçirir”.
Kopyalandı
#Avropa Ağır Atletika Federasiyası teqi istifadə olunub
