Pleyeri seçin:

Avropa Liqası: Sevilya-Roma matçı

01 iyun 2023 385 baxış

UEFA Avropa liqasında final qarşılaşması keçirilib. Budapeştin “Puşkaş Arena” stadionundakı matçda “Sevilya” və “Roma” klubları üz-üzə gəliblər.

2 qolun qeydə alındığı oyunda hesabı “canavarlar” açıb. Paulo Dibala İtaliya təmsilçisini irəli çıxarıb. İlk hissə “Roma”nın minimal üstünlüyü ilə başa çatıb. 55-ci dəqiqədə hesab bərabərləşib. Canluka Mançini avtoqol müəllifi olub:1-1. Əsas vaxt bu hesabla yekunlaşıb. Əlavə 30 dəqiqədə də tərəflər fərqlənə bilməyib.

Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada isə İspaniya kollektivi daha dəqiq olub. Əndəlüs klubundan Okampos, Lamela, Rakitiç və Qonsalo Montiel 11 metrlik zərbəni dəqiq yerinə yetirib. “Roma”dan isə ancaq Brayan Kristante qapını dəqiq nişan alıb.

Beləliklə, penaltilər seriyasında 4-1 hesablı qələbə qazanan “Sevilya” UEFA kuboku turniri də nəzərə alınmaqla tarixində 7-ci dəfə fəxri mükafatın sahibi olub. Bu baxımdan rekordçu olan “Sevilya”nın ən yaxın izləyiciləri isə hərəyə 3 dəfə kuboka yiyələnən “İnter”, “Liverpul”, “Yuventus” və “Atletiko”dur.

Banner
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 385 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 385 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 385 baxış
UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

İdman
05 noyabr 2026 385 baxış
“Çox güclü hazırlaşmışıq” | Yanğınsöndürmə və xilasetmə idmanı üzrə Dünya Çempionatının açılışı

“Çox güclü hazırlaşmışıq” | Yanğınsöndürmə və xilasetmə idmanı üzrə Dünya Çempionatının açılışı

İdman
05 noyabr 2026 385 baxış
Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV

Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV

İdman
04 noyabr 2026 385 baxış
Rəqibinə uduzduğu üçün ağlayan Elcan Həsənov indi çempiondur

Rəqibinə uduzduğu üçün ağlayan Elcan Həsənov indi çempiondur

İdman
04 noyabr 2026 385 baxış
"Turan" ÇL-də səfərdə inamlı qələbə qazandı | Yeni idman xəbərləri

"Turan" ÇL-də səfərdə inamlı qələbə qazandı | Yeni idman xəbərləri

İdman
04 noyabr 2026 385 baxış
"O mənə motivasiya verdi" | 1 ildən sonra həm dünya, həm də Avropa çempionu olan Elcan Həsənov

"O mənə motivasiya verdi" | 1 ildən sonra həm dünya, həm də Avropa çempionu olan Elcan Həsənov

İdman
04 noyabr 2026 385 baxış
“Baku TV” arzusunu reallaşdıran güləşçidən müsahibə aldı | Yeni idman xəbərləri - Baku TV

“Baku TV” arzusunu reallaşdıran güləşçidən müsahibə aldı | Yeni idman xəbərləri - Baku TV

İdman
03 noyabr 2026 385 baxış
Seçilmişlər
icon