Pleyeri seçin:

Avropa Liqasında finala yüksələn klublar məlumdur

10 may 2024 476 baxış

UEFA Avropa liqasında finalçıların adlarına aydınlıq gəlib.

İtaliyada 0-2 hesabı ilə uduzduğu görüşün revanşında “Roma” komandası “Bayer”in qonağı olub.

“BayArena”dakı matçın ilk hissəsi Leandro Paredesin penalti qolu sayəsində “canavarlar”ın xeyrinə yekunlaşıb. 66-cı dəqiqədə “calorossi”nin üstünlüyü iki topa çatıb. Paredes 2-ci dəfə 11 metrlik cərimə zərbəsindən fərqlənib.

0-2 hesabı ilə geridə olmalarına baxmayaraq, ruhdan düşməyən leverkuzenlilər məğlubiyyətdən xilas ola biliblər. Əvvəlcə Canluka Mançininin avtoqolundan sonra toplardan birinin əvəzini çıxan meydan sahibləri əsas vaxta artırılan 7-ci dəqiqədə bərabərlik qolunu vurublar. Yosip Stanişiçin dəqiq zərbəsi yekun nəticəni müəyyənləşdirib. “Bayer” – “Roma”: 2-2.

Beləliklə, yarımfinaldakı mübarizənin yekununda 4-2 hesabı ilə güclü olan Almaniya çempionu yarışın finalına adlayıb. Bundan başqa, bütün turnirlərdə 49 qarşılaşmadır uduzmayan leverkuzenlilər “Benfika”ya aid olan və 59 il əvvəl qeydə alınan məğlubiyyətsizlik rekordunu yeniləyiblər.

“Bayer”in həlledici görüşdəki rəqibi “Atalanta” olacaq. “Marsel”i qəbul edən İtaliya klubu 3 cavabsız topla qalib gəlib.

Berqamo təmsilçisinin heyətində Ademola Lukman, Matteo Rudjeri və El-Bilal Ture fərqləniblər. Fransada keçirilən ilk qarşılaşma 1-1 hesabı ilə bitdiyindən iki oyunun yekununda qələbə qazanan baş məşqçi Can Pyero Qasperinin futbolçuları finala yüksəliblər.

Qeyd edək ki, Avropa liqasında mükafatın sahibini müəyyənləşdirəcək matç mayın 22-si keçiriləcək. Həlledici görüşə İrlandiyanın paytaxtı Dublindəki “Aviva Stedium” ev sahibliyi edəcək.

Banner
Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

İdman
08 noyabr 2026 476 baxış
Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
07 noyabr 2026 476 baxış
Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

İdman
07 noyabr 2026 476 baxış
Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

İdman
07 noyabr 2026 476 baxış
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

İdman
06 noyabr 2026 476 baxış
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 476 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 476 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 476 baxış
UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

İdman
05 noyabr 2026 476 baxış
“Çox güclü hazırlaşmışıq” | Yanğınsöndürmə və xilasetmə idmanı üzrə Dünya Çempionatının açılışı

“Çox güclü hazırlaşmışıq” | Yanğınsöndürmə və xilasetmə idmanı üzrə Dünya Çempionatının açılışı

İdman
05 noyabr 2026 476 baxış
Seçilmişlər
icon