Azərbaycan çempionatı: “Şamaxı” - “Neftçi” matçı
“Neftçi” komandası Premyer Liqada növbəti görüşə çıxıb.
“Ağ-qaralar” XXIX turun matçında “Şamaxı” ilə üz-üzə gəlib.
Şamaxı şəhər stadionunda keçirilən oyuna hər iki komanda sürətli hücumlarla başlayıb. Qarşılaşmada hesab fasilə ərəfəsində açılıb. Paytaxt təmsilçisinin üzvü Ramil Şeydayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. İlk hissə “Neftçi”nin minimal üstünlüyü ilə yekunlaşıb.
2-ci yarıda meydan sahibləri tarazlığı bərpa etməyə çalışsa da, hücumları nəticə verməyib. Əvəzində 89-cu dəqiqədə qonaqlar 2-ci qolu vurublar. Matçda son nöqtəni qoyan Filip Ozobiç, həm də çempionatda toplarının sayını 7-yə çatdırıb.
“Neftçi”nin 2-0 hesablı qələbəsi ilə bitən görüşdən sonra komandanın aktivində 35 xal var. Bakı klubu hazırda Premyer Liqada 6-cı, “Şamaxı” isə 8-ci yerdədir.
Növbəti turda “Neftçi” komandası “Zirə”ni qəbul edəcək. Aprelin 13-ü keçiriləcək qarşılaşma saat 19:15-də başlayacaq.
#Azərbaycan Premyer Liqası teqi istifadə olunub
- Azərbaycan cüdoçuları Avropa çempionatından 5 medalla qayıtdı - Baku TV
- Coy-Lens Mikels Premyer Liqanın ən məhsuldar legioneri oldu
- Azərbaycan Premyer Liqasının III turunda nələr yaşandı? - Yeni idman xəbərləri - Baku TV
- Son çempion "Çorum"la bacara bilmədi | Yeni idman xəbərləri - Baku TV
- “Qızıl top” mükafatlandırma mərasiminin vaxtı və yeri | Yeni idman xəbərləri
