Azərbaycan Qran-prisində sıralama turu başa çatıb
Formula 1 üzrə Azərbaycan Qran-prisində təsnifat mərhələsinin qalibi müəyyənləşib.
3 sessiyanın yekununda ilk pilləni “Ferrari” komandasının üzvü Şarl Lekler tutub. 1 dəqiqə 40.203 saniyə nəticə göstərən Şarl ən yaxın izləyicisi Maks Ferstappeni 0.188 saniyə qabaqlayıb. Beləliklə, “Skuderiya” təmsilçisi aprelin 30-u keçiriləcək əsas yarışa poul mövqeyində başlayacaq. “Red Bull” sürücüləri – M.Ferstappen və Serxio Peres isə 2-ci, 3-cü pillədə qərarlaşacaqlar.
Qeyd edək ki, Bakıdakı mərhələnin əsas yarışı ərəfəsində ümumi sıralamaya M.Ferstappen başçılıq edir. Ötən il ölkəmizdə keçirilən etapda qalib gələn niderlandlı pilotun aktivində 69 xal var. Mühəndislər kuboku uğrunda mübarizədə də “Red Bull” liderdir. 123 xalı olan Avstriya kollektivi 2-ci pillədəki “Aston Martin” komandasını 58 xal qabaqlayır.
#Formula 1 teqi istifadə olunub
- Sürət və taktika mübarizəsinin qalibləri mükafatlandırıldı - Baku TV
- Bakı Şəhər Halqasında temp yüksəlir | Formula 1-in ikinci günündə nələr yaşandı? - Baku TV
- Formula 1 könüllüləri Bakıda tarix yazır
- "Həm işləyirlər, həm əylənirlər" | Yarışdakı komfortun altında hansı əziyyət dayanır? - Baku TV
- Dünyanın aparıcı pilotları Azərbaycan Qran-prisində gərgin mübarizəyə başladı - Baku TV
