Pleyeri seçin:

Azərbaycanlı idmançılar kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qələbə qazandılar

16 sentyabr 2024 713 baxış

Batumidə “Grand Bellagio Championship-2” kikboksinq və MMA üzrə beynəlxalq turnir keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ikinci dəfə keçirilən turnirdə səkkiz döyüşdən altısı kikboksinq, ikisi isə MMA qaydalarına əsasən təşkil edilib.

Çempionatda Azərbaycan, Gürcüstan, İsrail, Belçika, İran, Uqanda, Qazaxıstan, Türkiyə və Ermənistan idmançıları iştirak ediblər.

Turnirdə MMA qaydalarına əsasən 68 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı idmançı Yusif Qasımov qazaxıstanlı rəqibi Ulan Tambaqayevə boğucu fəndlə qalib gəlib.

Gecənin əsas döyüşündə Gürcüstanda yaşayan azərbaycanlı idmançı, kikboksinq üzrə 7 qat dünya, 3 qat Avropa çempionu Alim Nəbiyev uqandalı idmançı, qitə və üçqat dünya çempionu Umar Semata üzərində qələbə qazanıb. Alim Nəbiyev bununla da keçirdiyi 64-cü döyüşdə 56-cı qələbəsini təmin edib.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin, Batumidəki baş konsulluğunun əməkdaşları, Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamları idmançılarımıza dəstək olmaq üçün tədbirə qatılıblar.

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 713 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 713 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 713 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 713 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 713 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 713 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 713 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 713 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 713 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 713 baxış
Seçilmişlər
icon