Bakıda atıcılıq üzrə Dünya Çempionatının açılışı olub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda atıcılıq üzrə dünya çempionatına start verilib.
101 ölkədən 1239 idmançının qatıldığı yarışda Azərbaycan 31 idmançı ilə təmsil olunur. Sentyabrın 1-dək davam edəcək turnirdə ümumən 55 növdə medalların sahibi müəyyənləşəcək.
Bakı Kristal zalında təşkil olunan atıcılıq üzrə 53-cü dünya çempionatının açılış mərasimində əvvəlcə bayraqların paradı olub.
Daha sonra gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək yarış iştirakçılarını salamlayıb. Dünya çempionatının əhəmiyyətindən söhbət açan nazir ölkəmizdə idmanın bu növünün inkişafı istiqamətində görülən işlərdən danışıb.
Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının prezidenti Luçano Rossi də çıxış edərək atıcılara uğurlar arzulayıb. Funksioner Bakıda təşkil olunan yarışın həm ölkəmiz, həm də dünya idmanı üçün vacib hadisə olduğunu bildirib. Daha sonra tədbir bədii hissə ilə davam edib.
#Atıcılıq idmanı teqi istifadə olunub
- ISSF rəsmisi atıcılıq üzrə dünya çempionatının təşkilini yüksək qiymətləndirib
- Atıcılıq üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb
- Atıcılıq üzrə dünya çempionatında Ukrayna və Qazaxıstan üçün uğurlu gün
- Atıcılıq üzrə dünya çempionu Nigar Nəsirova qələbəsindən sonra fikirlərini bölüşüb
- Çin idmançısı atıcılıq üzrə dünya çempionatında rekord qırdı
