Pleyeri seçin:

Bakıda Olimpiya Təsnifat turnirinin açılış mərasimi baş tutub

05 aprel 2024 573 baxış

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinin rəsmi açılış mərasimi baş tutub.

Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə əvvəlcə rəqqasların çıxışı olub. Daha sonra yarışa qatılan ölkələrin bayraqları arenaya gətirilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Dünya Güləş Birliyinin vitse-prezidenti Teodoros Hamakos isə turnirə ev sahibliyi etdiyi üçün ölkəmizə təşəkkür edib. O, Olimpiya Təsnifat turnirinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.

Rəsmi hissə başa çatdıqdan sonra yunan-Roma güləşi üzrə yarımfinal görüşlərinə start verilib.

Qeyd edək ki, aprelin 7-dək davam edəcək yarışda 33 ölkədən ümumilikdə 297 idmançı mübarizə aparır. Qaydalara əsasən, turnirdə final görüşləri olmayacaq. Belə ki, hər çəki dərəcəsində yarımfinalda qalib gələn güləşçilər Paris-2024-də çıxış hüququ qazanacaqlar.

Banner
Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

İdman
09 noyabr 2026 573 baxış
Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

İdman
08 noyabr 2026 573 baxış
Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
07 noyabr 2026 573 baxış
Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

İdman
07 noyabr 2026 573 baxış
Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

İdman
07 noyabr 2026 573 baxış
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

İdman
06 noyabr 2026 573 baxış
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 573 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 573 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 573 baxış
UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

İdman
05 noyabr 2026 573 baxış
Seçilmişlər
icon