Bakıda peşəkar MMA və kikboksinq turniri keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin 100 illik yubiliyinə həsr olunan peşəkar MMA və kikboksinq üzrə “New Generation Fighting 2” turniri keçirilib.
Yarışda qarışıq döyüş növləri üzrə mübarizədə 6 çəki dərəcəsində qaliblər müəyyənləşib. Kikboksinqdə isə 62 və 70 kiloqram çəki dərəcələrində görüşlər baş tutub.
Ümumən 10 döyüşün keçirildiyi və azarkeşlərin böyük marağına səbəb olan tədbirdə tanınmış idmançılar, federasiya rəsmiləri, habelə idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, "Zabit Səmədov" idman klubu tərəfindən təşkil olunan peşəkar MMA və kikboksinq yarışının keçirilməsində əsas məqsəd gənclərin idmana və sağlam həyat tərzinə marağını artırmaq, habelə onların asudə vaxtının səmərəli təşkilinə yardım etməkdir.
#MMA teqi istifadə olunub
- Nazim Sadıxov MMA-dən nə vaxt uzaqlaşacaq? - "Yarışa tamam başqa səviyyədə hazırlaşmışam" - Baku TV
- MMA döyüşlərində daha böyük uğurlar üçün hansı addımlar atılmalıdır? - İDMANDA NƏ BAŞ VERİR?
- Azərbaycanlı MMA döyüşçüsü nüfuzlu turnirdə daha bir görüş keçirəcək
- Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev məğlub oldu - Baku TV
- Güləş elementləri UFC-dən yığışdırılmalıdır? | İDMANDA NƏ BAŞ VERİR?
