Pleyeri seçin:
Bakıdakı dünya çempionatında təmsilçilərimiz üçün çətin gün yaşandı - Baku TV
Cüdo üzrə dünya çempionatının ikinci günü başa çatıb.
Milli Gimnastika Arenasında keçirilən mundialın bugünkü yarışlarında Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.
Kişilərdən Nizami İmranov, Turan Bayramov və Ruslan Paşayev öz çəki dərəcələrində mübarizəni dayandırıblar. Qadınların yarışında isə Gültac Məmmədəliyeva medal uğrunda mübarizəni davam etdirə bilməyib.
Beləliklə, Azərbaycan cüdoçuları mundialın ikinci gününü medalsız başa vurublar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatı oktyabrın 11-də yekunlaşacaq.
Kopyalandı
