Pleyeri seçin:
Dünya çempionatının üçüncü günü cüdoçularımız üçün nə ilə yadda qaldı? - Baku TV
Paytaxtda keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Bu gün mundialın üçüncü günüdür.
Azərbaycan təmsilçisi Rəşid Məmmədəliyev təsəlliverici görüşdə rəqibinə üstün gələrək bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanıb. O, növbəti həlledici qarşılaşmasına hazırlaşır.
Olimpiya çempionu Hidayət Heydərov isə ilk iki görüşdə qələbə qazansa da, növbəti mərhələdə məğlub olub. Hakimlərin idmançı haqqında passiv güləş qərarı vermələri nəticəsində Hidayət Heydərov turnirdə mübarizəni dayandırıb. Mübahisəli epizodun mütəxəssislər tərəfindən incələnəcəyi bildirilir.
Digər təmsilçimiz Xədicə Qədəşova da rəqibinə məğlub olaraq yarışı tərk edib.
Kopyalandı
