Bu stansiyalarda... | “Qarabağ”ın matçı ilə bağlı metroda hansı işlər görüləcək? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 21-də Tofiq Bəhrəmov adına Respublika Stadionunda baş tutacaq “Qarabağ” – “Ayntraxt” oyunu ilə əlaqədar “Bakı Metropoliteni” gücləndirilmiş iş rejimi tətbiq edəcək.
Bu barədə “Bakı Metropoliteni”nin Hərəkət Xidmətinin rəisi Anar Zamanov jurnalistlərə açıqlamasında bildirib.
Məlumata görə, arenaya yaxın Gənclik stansiyasında, həmçinin 28 May və Nəriman Nərimanov stansiyalarında əlavə tədbirlər görüləcək.
“Azarkeşlərin çoxluğu və oyunun gec saatlara qədər davam edəcəyi nəzərə alınaraq, Metropolitenin iş fəaliyyəti yanvarın 21-dən 22-nə keçən gecə saat 01:00-dək uzadılacaq.
Oyun bitdikdən sonra sərnişinlərin rahat, təhlükəsiz və sürətli daşınmasının təmin edilməsi məqsədilə xüsusi növbəçiliklər təşkil olunacaq. Həmçinin xəttə ehtiyat qatarlar buraxılacaq”, – deyə A.Zamanov sözlərinə əlavə edib.
#Bakı Metropoliteni teqi istifadə olunub
- Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR
- Metronun bu stansiyasında daha hansı işlər görülüb? - “Məkik hərəkət ləğv ediləcək” - Baku TV
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
- Yeni nəqliyyat layihəsi şəhərdə gediş-gəlişi necə dəyişəcək? - ANA XƏBƏR
- Paytaxtda yeni nəqliyyat layihəsi | Kanatla sərnişindaşıma tıxacları azalda bilər? - Baku TV
