Pleyeri seçin:
"Çelsi"nin baş məşqçisi Entso Mareska İtaliya komandasına keçir?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Entso Mareskanın İtaliyaya qayıtması gündəmdədir. Məlumata görə, 45 yaşlı mütəxəssisin xidmətində "Yuventus" klubu maraqlıdır. "Qoca Sinyora" rəhbərliyinin, "zadəganlar"la 2029-cu ilə qədər müqaviləsi olmasına baxmayaraq, Mareskanı komandaya gətirmək istədiyi bildirilir. Qeyd edək ki, "Çelsi" həm də "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqiblərindəndir. Entso Mareska 2024-cü ildən London klubunu çalışdırır.
Kopyalandı
#Entso Mareska teqi istifadə olunub
