Çempionlar Liqası: PSJ - "Arsenal" görüşündə 3 qol vuruldu
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın “Pari Sen-Jermen” klubu İngiltərə təmsilçisi “Arsenal”ı məğlub edərək Çempionlar Liqasının ikinci finalçısı olub.
Cavab qarşılaşması Parisdəki “Park de Prens” stadionunda baş tutub. Oyun qonaqların kəsərli hücumları ilə başlasa da, hesabı Paris təmsilçisi açıb.
27-ci dəqiqədə ispaniyalı futbolçu Fabian Ruis qapıçı David Rayanı məyus edib. 69-cu dəqiqədə “topçular”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin olunsa da, Vitinya qeyri-dəqiq olub. Buna baxmayaraq, cəmi üç dəqiqə sonra Əşrəf Hakimi Dembelenin dəqiq ötürməsindən sonra fərqi artırıb.
London təmsilçisinin gücü cəmi bir qola çatıb. 76-cı dəqiqədə Bukayo Saka parislilərin qapısına yol tapıb: 1-2.
Beləliklə, iki oyunun nəticəsinə əsasən, PSJ “Arsenal” üzərində 3-1 hesablı qələbə qazanaraq finala vəsiqəni təmin edib.
Turnirin mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək həlledici qarşılaşmasında PSJ “İnter”lə münasibətlərinə aydınlıq gətirəcək.
#PSJ FK teqi istifadə olunub
- Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi - Yeni idman xəbərləri - Baku TV
- Çempion olan PSJ oyunçuları Makronun qəbulunda
- Azarkeşlərin sevinci iğtişaşlara çevrildi, yüzlərlə saxlanılan var
- PSJ-nin qələbəsindən sonra iğtişaşlar baş verdi
- Çempionlar Liqasının qalibi müəyyənləşdi | PSJ ardıcıl 2-ci dəfə çempion oldu - Baku TV
