Pleyeri seçin:

Çempionlar liqasında 2-ci turun görüşləri başa çatıb

03 oktyabr 2024 292 baxış

UEFA Çempionlar liqasının Liqa mərhələsində 2-ci tura yekun vurulub.

Gözlənilməz nəticələrdən biri Fransada qeydə alınıb. “Lill” klubunun qonağı olan “Real Madrid” 0-1 hesabı ilə uduzub. Yarışın son qalibinin qapısına yeganə qolu ilk hissənin sonlarında Conatan Deyvid vurub.

“Aston Villa” – “Bavariya” qarşılaşması da eyni hesabla bitib. Birmingemdə baş tutan matçda meydan sahibləri Con Duranın qolu sayəsində turu qalib tamamlayıblar.

Portuqaliyada “Benfika” və “Atletiko” arasında oyun da gözlənilməz nəticə ilə əlamətdar olub. “Estadio da Luj” arenasında baş tutan görüşdə Lissabon klubu rəqibin qapısından 4 cavabsız top keçirib. “Benfika”nın qollarını türkiyəli futbolçular – Kərəm Aktürkoğlu və Orkun Kökçü, eləcə də Anxel Di Mariya və Aleksandr Ba vurublar.

Maraqlı matçlardan birində “Leypsiq” və “Yuventus” komandaları üz-üzə gəlib. 5 qolun qeydə alındığı görüşdə qələbəni “Qoca Sinyora” bayram edib. Qapıçı Di Qreqorionun qırmızı vərəqə almasından sonra azlıqda qalan “Yuve” 3-2 hesabı ilə güclü olub.

Turnirin daha bir favoriti “Liverpul” da azarkeşlərini sevindirib. “Bolonya”nı qəbul edən “qırmızılar” 3 xalı Aleksis Makalister və Məhəmməd Salahın qolları sayəsində əldə edib.

Çempionlar liqasının pley-off mərhələsində Qarabağdan güclü olan Zaqreb “Dinamo”su “Monako” ilə matçda son dəqiqələrdə qələbəni əldən verib. Oyunun gedişində 0-2 hesabı ilə geridə olan knyazlıq təmsilçisi 2 qol vuraraq Zaqrebdən 1 xalla ayrılıb.

Azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyi Avstriyanın “Şturm Qrats” və Belçikanın “Brügge” klubları arasında qarşılaşma isə minimal hesabla bitib. Görüşdə yeganə qolu “Brügge”nin hücumçusu Xristos Tsolis vurub.

Qeyd edək ki, 2 turdan sonra Liqa mərhələsinin yarış cədvəlinə “Borussiya Dortmund” başçılıq edir. 2-ci yerdə “Brest”, 3-cü pillədə isə “Benfika” qərarlaşıb. Növbəti turun matçları oktyabrın 22-si və 23-ü təşkil olunacaq.

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 292 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 292 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 292 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 292 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 292 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 292 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 292 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 292 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 292 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 292 baxış
Seçilmişlər
icon