Pleyeri seçin:

Çempionlar Liqasında 5-ci turun oyunları keçirilir

27 noyabr 2024 700 baxış

UEFA Çempionlar liqasında 5-ci turun görüşləri keçirilir.

Gecənin mərkəzi matçında “Bavariya” komandası “Pari Sen-Jermen”i qəbul edib. Münhendəki “Alyans Arena”da təşkil olunan matç meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu “rekordmayster”in koreyalı müdafiəçisi Kim Min-Je vurub.

Son vaxtlar işləri yaxşı getməyən və bütün yarışlarda 5 oyundur uduzan “Mançester Siti” növbəti dəfə azarkeşlərini məyus edib. Niderlandın “Feyenoord” klubu ilə üz-üzə gələn “şəhərlilər” Holandın dublu və Gündoğanın qolu ilə 75-ci dəqiqəyədək 3-0 hesabı ilə irəlidə olsalar da, üstünlüyü qoruya bilməyiblər. Ardıcıl 3 dəfə fərqlənən rotterdamlılar məğlubiyyətdən xilas olublar.

Qeyri-sabit çıxış edən daha bir kollektiv “Bayer Leverkuzen” 5-ci turda “Zaltsburq”u darmadağın edib. “Bay Arena”da təşkil olunan və Floryan Virtsin dubl etdiyi matç yerli komandanın 5-0 hesablı qələbəsi ilə bitib.

“Barselona” da turu 3 xalla başa vurub. Fransa təmsilçisi “Brest”i qəbul edən “blauqrana” 3 cavabsız topla qalib gəlib. İspaniya klubunun qələbəsində 2 qol vuran Robert Levandovski əsas pay sahibi olub.

Portuqaliyada Lissabon “Sportinq”i ilə qarşılaşan “Arsenal” rəqibinə rəhm etməyib. “Joze Alvelade” stadionunda keçirilən görüş “topçular”ın 5-1 hesablı qələbəsi ilə əlamətdar olub.

Komandanın qollarını Qabriel Martinelli, Kay Haverts, Qabriel, Bukayo Saka və Leandro Trossard vurublar.

İtaliyanın “Atalanta” və İsveçrənin “Yanq Boyz” klubları arasında baş tutan qarşılaşma daha böyük hesabla yekunlaşıb. 7 qolun qeydə alındığı oyunda Berqamo təmsilçisi 6-1 hesabı ilə güclü olub.

“Cuzeppe Meatsa” arenasında “Leypsiq”lə üz-üzə gələn İtaliya çempionu “İnter” isə qələbəni 1 qolla qazanıb. Kastello Lükebanın avtoqolundan sonra qapısını toxunulmaz saxlayan “neradzurri” 3 xalı aktivinə yazdırıb.

Banner
Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

İdman
08 noyabr 2026 700 baxış
Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
07 noyabr 2026 700 baxış
Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

İdman
07 noyabr 2026 700 baxış
Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

İdman
07 noyabr 2026 700 baxış
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

İdman
06 noyabr 2026 700 baxış
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 700 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 700 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 700 baxış
UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

İdman
05 noyabr 2026 700 baxış
“Çox güclü hazırlaşmışıq” | Yanğınsöndürmə və xilasetmə idmanı üzrə Dünya Çempionatının açılışı

“Çox güclü hazırlaşmışıq” | Yanğınsöndürmə və xilasetmə idmanı üzrə Dünya Çempionatının açılışı

İdman
05 noyabr 2026 700 baxış
Seçilmişlər
icon