Pleyeri seçin:

Çempionlar Liqasında yarımfinalın ilk iştirakçıları müəyyənləşir

16 aprel 2024 133 baxış

Bu gün UEFA Çempionlar liqasında yarımfinalın ilk iştirakçıları müəyyənləşəcək.

Parisdə keçirilən görüşdə PSJ-ni 3-2 hesabı ilə məğlub edən “Barselona” bu dəfə rəqibini öz meydanında qəbul edəcək. İspaniyadakı matçda Alehandro Balde və Qavi zədə, Andreas Kristensen və Serji Roberto isə vərəqə cəzalısı olduqları üçün “blauqrana”ya kömək edə bilməyəcəklər.

“Pari Sen-Jermen”də isə Presnel Kimpembe, Leven Kürzava və Serxio Riko zədəlidirlər.

Qeyd edək ki, Barselona şəhərindəki Olimpiya stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Yarımfinala yüksələn daha bir komandanı “Borussiya” və “Atletiko” müəyyənləşdirəcəklər.

Madriddəki qarşılaşmada 2-1 hesablı qələbə qazanan “Atletiko” cavab matçından əvvəl müəyyən üstünlüyə malikdir. Lakin İspaniya təmsilçisi bu görüşdə zədəli olan Memfis Depay, Toma Lemar və Vitolo, eləcə də cəzalı Samuel Linonun köməyindən istifadə edə bilməyəcək.

Bundesliqanın son turunda Mönhenqladbax “Borussiya”sına qalib gələn dortmundlularda isə Rami Bensebaini və Sebastyan Aller zədəlidir. “Siqnal İduna Park” arenasında keçiriləcək bu oyun da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Banner
Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

İdman
28 oktyabr 2026 133 baxış
“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

İdman
28 oktyabr 2026 133 baxış
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 133 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 133 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 133 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 133 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 133 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 133 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 133 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 133 baxış
Seçilmişlər
icon