Çempionlar Liqasının yeni mövsümündə İngiltərədən neçə komanda yarışacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasının növbəti mövsümündə İngiltərə Premyer Liqasından 6 komanda yarışacaq.
Bu, sözügedən ölkənin iki təmsilçisinin ‒ “Mançester Yunayted” və “Tottenhem”in UEFA Avropa Liqasında finala yüksəlməsi nəticəsindən reallaşıb.
Reqlamentə görə, Avropa Liqasının qalibi birbaşa Çempionlar Liqasına vəsiqə qazanacaq. Həmçinin İngiltərə Premyer Liqasında mövsümü ilk 5 yerdə bitirən komandalar da qitənin ən nüfuzlu yarışında iştirak edəcək.
Qeyd edək ki, “Liverpul” ölkə çempionatının qalibi olmaqla Çempionlar Liqasına ilk vəsiqəni qazanan komanda olub. “Arsenal”, “Mançester Siti”, “Nyukasl Yunayted”, “Çelsi”, “Nottingem Forest” və “Aston Villa” isə bu hüquq üçün mübarizəni davam etdirir. Avropa Liqasının finalı mayın 21-də Bilbaoda olacaq.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
- Çempionlar Liqasında ikinci turun ən maraqlı qarşılaşmaları - Baku TV
- Azərbaycan UEFA reytinqində irəlilədi | Yeni idman xəbərləri - Baku TV
