Pleyeri seçin:

“Dirçəliş Kuboku” xeyriyyə turnirinin finalı olub

04 mart 2025 474 baxış

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin qalibi müəyyənləşib.

Həlledici oyunda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və SOCAR-ın komandaları üz-üzə gəliblər.

Gərgin mübarizə ilə əlamətdar olan görüşdə SOCAR kollektivi 1-0 hesablı qələbə qazanıb.

Final matçından sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və AFFA-nın baş katibi Cahangir Fərəcullayevin iştirakı ilə mükafatlandırılma mərasimi keçirilib. Yarışın qalibi olan SOCAR komandası qızıl medallar və kubok, müxtəlif mövqelər üzrə ən yaxşı futbolçular isə xüsusi mükafatlara layiq görülüb.

Qeyd edək ki, xeyriyyə futbol turnirində dövlət qurumlarının və müxtəlif şirkətlərin ümumən 40 komandası yarışıb. Sponsorlar və iştirakçılar tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə edilən 141 000 manat vəsait Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.

Banner
Toral Bayramov karyerasını Polşada davam etdirə bilər

Toral Bayramov karyerasını Polşada davam etdirə bilər

İdman
17 noyabr 2026 474 baxış
12 qat dünya çempionu Fərhad Rəcəbli Baku TV-yə geniş müsahibə verdi

12 qat dünya çempionu Fərhad Rəcəbli Baku TV-yə geniş müsahibə verdi

İdman
17 noyabr 2026 474 baxış
Cüdo üzrə 12 qat dünya çempionu Fərhad Rəcəblidən “Baku TV”yə özəl açıqlamalar - Baku TV

Cüdo üzrə 12 qat dünya çempionu Fərhad Rəcəblidən “Baku TV”yə özəl açıqlamalar - Baku TV

İdman
17 noyabr 2026 474 baxış
"Qalatasaray" Qabriel Sara ilə yolları ayıra bilər

"Qalatasaray" Qabriel Sara ilə yolları ayıra bilər

İdman
16 noyabr 2026 474 baxış
Ronaldinyo yenidən butslarını geyinir | Yeni idman xəbərləri - Baku TV

Ronaldinyo yenidən butslarını geyinir | Yeni idman xəbərləri - Baku TV

İdman
16 noyabr 2026 474 baxış
“Bu yarış mənim üçün ikiqat məsuliyyətli idi” | Karateçi Solmaz Zeynallıdan Avropada böyük nailiyyət

“Bu yarış mənim üçün ikiqat məsuliyyətli idi” | Karateçi Solmaz Zeynallıdan Avropada böyük nailiyyət

İdman
16 noyabr 2026 474 baxış
Kapitansız qalan komanda | Doğma azarkeşlər önündəki məğlubiyyətin səbəbi nədir? - Baku TV

Kapitansız qalan komanda | Doğma azarkeşlər önündəki məğlubiyyətin səbəbi nədir? - Baku TV

İdman
15 noyabr 2026 474 baxış
Norveçli hücumçudan heyrətamiz statistika

Norveçli hücumçudan heyrətamiz statistika

İdman
15 noyabr 2026 474 baxış
Lionel Messi Argentina millisində geyindiyi şəxsi butslarını Kenan Yıldıza hədiyyə etdi - Baku TV

Lionel Messi Argentina millisində geyindiyi şəxsi butslarını Kenan Yıldıza hədiyyə etdi - Baku TV

İdman
14 noyabr 2026 474 baxış
“Anam dəstək olmadı, amma...” | Batumidən gümüş medalla qayıdan karateçi Solmaz Zeynallı - Baku TV

“Anam dəstək olmadı, amma...” | Batumidən gümüş medalla qayıdan karateçi Solmaz Zeynallı - Baku TV

İdman
14 noyabr 2026 474 baxış
Seçilmişlər
icon