Donald Tramp UFC-nin sabiq çempionu Konor Makqreqoru qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp UFC-nin sabiq çempionu Konor Makqreqoru qəbul edib.
Ağ Evə həyat yoldaşı və uşaqları ilə gələn irlandiyalı məşhur döyüşçü Trampla söhbət etdikdən sonra administrasiyanın digər üzvləri ilə görüşüb.
İrlandiya prezidenti olmağı hədəfləyən Makqreqor Trampla görüşün gedişatında ölkəsinin hazırkı hökumətini tənqid edib. O, ölkə ərazisində qanunsuz yaşayan immiqrantlardan gileylənərək bu məsələnin həllində ABŞ-nin dövlət başçısından kömək istəyib.
Qeyd edək ki, Konor Makqreqor sonuncu dəfə 2021-ci ildə UFC-264 turnirində döyüşüb. Həmin vaxt Dastin Porye ilə qarşılaşan Konor texniki nokautla məğlub olub. Ümumilikdə isə o, MMA yarışlarında keçirdiyi 28 görüşdə 19-u nokaut olmaqla 22 qələbə qazanıb.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
