“Fənərbağça”, “Liverpul” və “Roma” fanatlarını sevindiriblər
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Konfrans liqasında çıxış edən “Fənərbağça” 1/8 finalın ilk matçında inamlı qələbə qazanıb.
Belçikada “Yunion”un qonağı olan İstanbul klubu ilk hissəni Batşuayinin topu sayəsində irəlidə tamamlayıb. Fasilədən sonra isə Türkiyə təmsilçisi daha iki qol vurub. Ceyden Ostervolde və Duşan Tadiç qapını dəqiq nişan alıb. “Yunion” – “Fənərbağça”: 0-3.
Avropa liqasında maraqlı matçlardan biri “Sparta Praqa” və “Liverpul” arasında olub. 6 qolun qeydə alındığı qarşılaşmada “qırmızılar” darmadağınla qalib gəliblər.
Mersisaydlıların heyətində Darvin Nunyez dubl edib. Digər toplar Aleksis Makkalister, Luis Diaz və Dominik Soboslainin aktivindədir. Qarşılaşma İngiltərə kollektivinin 5-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Joze Mourinyonun istefasından sonra Daniele De Rossinin rəhbərliyi ilə ardıcıl qələbələr qazanan “Roma” avrokubokda da azarkeşlərini sevindirib. “Brayton”u qəbul edən “canavarlar” 4 cavabsız topla qalib gəliblər. “Callorossi”nin qollarını Paulo Dibala, Romelu Lukaku, Canluka Mançini və Brayan Kristante vurublar.
Qeyd edək ki, həm Avropa liqasında, həm də Konfrans liqasında 1/8 final mərhələsinin cavab görüşləri martın 14-ü keçiriləcək.
#Fənərbağça FK teqi istifadə olunub
- “Fənərbağça” və “Beşiktaş”dan sürpriz transferlər | Yeni idman xəbərləri - Baku TV
- "Fənərbağça" və "Real" komandalarının prezidentləri kimlər seçildi? - Yeni idman xəbərləri - Baku TV
- Arda Gülərdən “Real Madrid”də inanılmaz performans | Yeni idman xəbərləri
- “Qalatasaray”, yoxsa “Fənərbağça”: İstanbul derbisində qalib kim oldu? - Baku TV
- Domeniko Tedesko belçikalı futbolçu ilə bir araya gəlmək istəyir
