Pleyeri seçin:
FIFA Qitələrarası Kubokunun qalibi müəyyənləşdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə FIFA Qitələrarası Kubokun sahibi bəlli olub.
Həlledici final qarşılaşmasında Fransanın PSJ klubu Braziliyanın "Flamenqo" kollektivi ilə qarşılaşıb.
Qətərdə baş tutan görüşdə hesabı fransızlar açıb. Xviça Kvaratsxeliya tablodakı sıfırları dəyişən futbolçu olub. Braziliyalılar matçın 62-ci dəqiqəsində Corcinyo ilə rəqib qapısına yol taparaq hesabı bərabərləşdirib.
Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşdığından qalibi müəyyən etmək üçün penalti seriyasına ehtiyac duyulub. Futbolun lotereyasında isə bəxti gətirən tərəf PSJ klubu olub. Beləliklə, Luis Enrikenin baş məşqçisi olduğu kollektiv Qitələrarası Kuboka sahib çıxıb.
Qeyd edək ki, PSJ bu titula tarixində ilk dəfə yiyələnib.
Kopyalandı
#Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) teqi istifadə olunub
- FIFA U-15 turniri Azərbaycan futboluna nə qazandıracaq? - Baku TV
- Dünya çempionatı ilə bağlı qərar FIFA rəhbərini tənqidlərin hədəfinə çevirib
- Dünya Çempionatının kommersiya hüquqları ilə bağlı plan narazılıq yaradıb - Baku TV
- İnfantinonun əleyhdarları sabiq məşqçinin namizəd olmasını istəyirlər
- İnfantinonun reytinqi niyə aşağı düşdü? - Venger FIFA prezidenti ola bilər? - Baku TV
