Pleyeri seçin:

Formula 1-də Montsa Qran-Prisinə yekun vurulub

02 sentyabr 2024 643 baxış

Formula 1 üzrə dünya çempionatında mövsümün 16-cı yarışının qalibi müəyyənləşib.

Montsa avtodromunda təşkil olunan Qran-priyə 1-ci sırada “Maklaren-Mersedes” üzvü Lando Norris başlayıb. Lakin britaniyalı pilot üstünlüyünü qoruya bilməyib.

Mərhələ ərzində daha uğurlu strategiya seçən “Ferrari” üzvü Şarl Lekler finişə 1-ci çatıb. Bununla da monakolu sürücü mövsümdə 2-ci qələbəsini qazanıb.

Leklerin ardınca “Maklaren-Mersedes” pilotları Oskar Piastri və Norris müvafiq olaraq 2-ci, 3-cü yerləri tutublar. 3 qat dünya çempionu Maks Ferstappen isə 6-cı pillədə qərarlaşıb.

Bu nəticələrdən sonra xallarının sayını 217-ə çatdıran Lekler ümumi sıralamada 3-cüdür. Şarl “Red Bull” pilotu, lider Ferstappendən 86, 2-ci yerdəki Norrisdən isə 24 xal geri qalır.

Mühəndislər kuboku uğrunda da əsas mübarizə “Red Bull” və “Maklaren-Mersedes” arasında gedir. 446 xal toplayan Avstriya komandası 2-ci pillədəki Böyük Britaniya kollektivini 8 xal qabaqlayır.

Qeyd edək ki, Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi ölkəmizdə təşkil olunacaq. Bakı Şəhər Halqasında keçiriləcək yarışın qalibi sentyabrın 15-də müəyyənləşəcək.

Banner
Toral Bayramov karyerasını Polşada davam etdirə bilər

Toral Bayramov karyerasını Polşada davam etdirə bilər

İdman
17 noyabr 2026 643 baxış
12 qat dünya çempionu Fərhad Rəcəbli Baku TV-yə geniş müsahibə verdi

12 qat dünya çempionu Fərhad Rəcəbli Baku TV-yə geniş müsahibə verdi

İdman
17 noyabr 2026 643 baxış
Cüdo üzrə 12 qat dünya çempionu Fərhad Rəcəblidən “Baku TV”yə özəl açıqlamalar - Baku TV

Cüdo üzrə 12 qat dünya çempionu Fərhad Rəcəblidən “Baku TV”yə özəl açıqlamalar - Baku TV

İdman
17 noyabr 2026 643 baxış
"Qalatasaray" Qabriel Sara ilə yolları ayıra bilər

"Qalatasaray" Qabriel Sara ilə yolları ayıra bilər

İdman
16 noyabr 2026 643 baxış
Ronaldinyo yenidən butslarını geyinir | Yeni idman xəbərləri - Baku TV

Ronaldinyo yenidən butslarını geyinir | Yeni idman xəbərləri - Baku TV

İdman
16 noyabr 2026 643 baxış
“Bu yarış mənim üçün ikiqat məsuliyyətli idi” | Karateçi Solmaz Zeynallıdan Avropada böyük nailiyyət

“Bu yarış mənim üçün ikiqat məsuliyyətli idi” | Karateçi Solmaz Zeynallıdan Avropada böyük nailiyyət

İdman
16 noyabr 2026 643 baxış
Kapitansız qalan komanda | Doğma azarkeşlər önündəki məğlubiyyətin səbəbi nədir? - Baku TV

Kapitansız qalan komanda | Doğma azarkeşlər önündəki məğlubiyyətin səbəbi nədir? - Baku TV

İdman
15 noyabr 2026 643 baxış
Norveçli hücumçudan heyrətamiz statistika

Norveçli hücumçudan heyrətamiz statistika

İdman
15 noyabr 2026 643 baxış
Lionel Messi Argentina millisində geyindiyi şəxsi butslarını Kenan Yıldıza hədiyyə etdi - Baku TV

Lionel Messi Argentina millisində geyindiyi şəxsi butslarını Kenan Yıldıza hədiyyə etdi - Baku TV

İdman
14 noyabr 2026 643 baxış
“Anam dəstək olmadı, amma...” | Batumidən gümüş medalla qayıdan karateçi Solmaz Zeynallı - Baku TV

“Anam dəstək olmadı, amma...” | Batumidən gümüş medalla qayıdan karateçi Solmaz Zeynallı - Baku TV

İdman
14 noyabr 2026 643 baxış
Seçilmişlər
icon