Pleyeri seçin:
Formula 1 üzrə Belçika Qran-prisi qalmaqalla bitib
Formula 1 üzrə Belçika Qran-prisi qalmaqalla bitib.
Belə ki, 44 dövrə davam edən yarışın yekununda qələbəni Corc Rassel bayram etsə də, britaniyalı sürücü sonradan diskvalifikasiya olunub. Buna səbəb onun “Mersedes” bolidinin çəkisinin normadan 1,5 kq yüngül olmasıdır.
Nəticədə, dünya çempionatının 14-cü mərhələsinin qalibi Rasselin komanda yoldaşı finişə 2-ci çatan Lyuis Hemilton elan olunub. “Maklaren-Mersedes” pilotu Oskar Piastri 2-ci, “Ferrari” üzvü Şarl Lekler isə 3-cü yeri tutub.
Qeyd edək ki, hazırda pilotların ümumi sıralamasına 277 xalla Maks Ferstappen başçılıq edir. “Red Bull”un niderlandlı sürücüsü ən yaxın izləyicisi Lando Norrisi 78 xal qabaqlayır. İlk üçlüyü 177 xalı olan Şarl Lekler qapayır.
Kopyalandı
#Formula 1 teqi istifadə olunub
- Sürət və taktika mübarizəsinin qalibləri mükafatlandırıldı - Baku TV
- Bakı Şəhər Halqasında temp yüksəlir | Formula 1-in ikinci günündə nələr yaşandı? - Baku TV
- Formula 1 könüllüləri Bakıda tarix yazır
- "Həm işləyirlər, həm əylənirlər" | Yarışdakı komfortun altında hansı əziyyət dayanır? - Baku TV
- Dünyanın aparıcı pilotları Azərbaycan Qran-prisində gərgin mübarizəyə başladı - Baku TV
