Güləşçilərimiz Avropa çempionatında daha 3 medal qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Xorvatiyada keçirilən güləş üzrə Avropa çempionatında idmançılarımız daha 3 medal qazanıblar.
Titullu yunan-Roma güləşçilərimizdən 2 qat dünya və 2 qat Avropa çempionu, 55 kq çəkidə yarışan Eldəniz Əzizli ardıcıl olaraq Bolqarıstan və Rumıniya nümayəndələrinə qalib gələrək finala yüksəlib. Burada isə türkiyəli Adem Uzunla üz-üzə gələn Eldəniz 3-11 hesabı ilə uduzaraq gümüş mükafatın sahibi olub.
63 kq-da qüvvəsini sınayan Taleh Məmmədov da turniri 2-ci pillədə tamamlayıb. 1/4 finalda İtaliya, yarımfinalda isə Ermənistan idmançısını məğlub edən Taleh finalda gürcüstanlı Leri Abuladze ilə qarşılaşıb. Görüş rəqibin 5-1 hesablı qələbəsi ilə başa çatıb.
Daha bir gümüş medalı 130 kq-da mübarizə aparan Sabah Şəriəti qazanıb. O, finalda türkiyəli Rza Kayaalpa məğlub olub.
#Avropa çempionatı teqi istifadə olunub
- AMADA maarifləndirici seminar təşkil etdi - Yeni idman xəbərləri
- Azərbaycan Cüdo Federasiyası "Baku TV"yə adları açıqladı - Baku TV
- Voleybolçularımız Avropa çempionatında ilk oyunlarını qələbə ilə başa vurublar - Baku TV
- Avropa çempionu olan millimiz Vətənə qayıtdı | İdmançılarımız təəssüratlarını bölüşdü - Baku TV
- Minifutbol millimiz ikiqat Avropa çempionu oldu - Baku TV
