Pleyeri seçin:
Güləşçilərimiz "Poland Open" turnirində uğurla çıxış etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan güləşçiləri Polşada keçirilən beynəlxalq turnirdə uğurlu nəticəyə imza atıblar.
Təmsilçilərimiz Varşavadakı yarışda 3-ü qızıl, 3-ü gümüş və 3-ü bürünc olmaqla ümumilikdə 9 medal qazanıblar.
Turnirin son günündə ən yadda qalan hadisələrdən biri 74 kq çəkidə final görüşü olub. Pəhləvanlarımız Turan Bayramov və Cəbrayıl Qadjiyevin üz-üzə gəldiyi qarşılaşma sonuncu xal prinsipinə əsasən Turanın qələbəsi ilə yekunlaşıb. Bununla da, T.Bayramov yarışı 1-ci, C.Qadjiyev isə 2-ci pillədə başa vurub.
Bundan başqa, idmançılarımızdan Maqomed-Başir Xaniyev 70 kq-da gümüş, Əliabbas Rzazadə və Hacı Əliyev isə müvafiq olaraq 61 və 65 kq çəkidə bürünc mükafata yiyələniblər.
Kopyalandı
#Polşa teqi istifadə olunub
- Hücum edənin evində daha üç nəfərin meyiti aşkarlanıb
- Polşada silahlı hücumdan sonra şübhəlinin evində dəhşətli mənzərə üzə çıxdı - Baku TV CANLI
- AK prezidenti Polşa Prezidenti ilə görüşdən niyə imtina edib?
- Sərhəddə əməliyyat, paytaxtda siyasi böhran - Polşada nə baş verir? - Baku TV
- Polşada daxili gərginlik
