İkardinin ayağını qırıb, gözünü çıxardılar | Dursun Özbek
Yeniliklərdən dərhal xəbərdar olun
“Qalatasaray” klubunun prezidenti Dursun Özbek türkiyəli hakimləri tənqid edib.
74 yaşlı funksioner bu barədə mətbuat konfransında açıqlama verib.
O, İstanbul derbilərində Mauro İkardiyə qarşı ciddi qayda pozuntularının olduğunu söyləyib.
"Beşiktaş"la matçda Mauronun ayağını qırdılar, hakimlər görmədilər. "Fənərbağça" ilə görüşdə gözünü kor etməyə çalışdılar, referi yenə reaksiya vermədi. Nə VAR bunları aşkarlayır, nə də əsas referi bu hadisələri görür”, – deyə o bildirib.
Xatırladaq ki, Mauro İkardi “sarı-qırmızılar”ın "Beşiktaş"la 9-cu turun oyununda, eləcə də “Fənərbağça” ilə 18-ci turun matçında ciddi zədələr alıb. Hələ də müalicəsini davam etdirən argentinalı forvardın meydana nə vaxt qayıdacağı yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, 19 turdan sonra aktivində 48 xalı olan "Qalatasaray" Super Liqada 2-ci pillədə qərarlaşıb. Komanda növbəti turda “Kayserispor”la üz-üzə gələcək.
#Türkiyə teqi istifadə olunub
- Türkiyə-Azərbaycan birliyinə qarşı olanlara ismarış - Baku TV
- Ərdoğandan qardaşlıq mesajı | Liderlər tarixi günün 6-cı ildönümündə Şuşada bir arada - Baku TV
- Ərdoğan Azərbaycan-Türkiyə əlaqələrini pozmaq istəyənlərə səsləndi - Baku TV
- “Bakının sevinci Ankaranın sevinci, Şuşanın qüruru bütün millətimizin qürurudur” | Ərdoğan Şuşada
- "Qardaşlığımızı sarsıtmaq istəyənlər arzularına heç vaxt çatmayacaqlar" | Prezident - Baku TV
