Pleyeri seçin:
İki tanınmış klub ”Real Madrid”in qapıçısını transfer etmək istəyir
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Qalatasaray" klubu İspaniya təmsilçisi "Real Madrid"in ukraynalı qolkiperi Andrey Lunini transfer etmək istəyir.
Artıq ukraynalı qapıçının agenti Xorxe Mendeş "kral klubu"nun rəhbərliyini məsələ ilə bağlı məlumatlandırıb.
26 yaşlı qapıçının özü də Türkiyədə çıxış etmək variantına isti yanaşır. Buna baxmayaraq, son qərarı onun agenti verəcək.
Onu da qeyd edək ki, paytaxt klubunun yeni baş məşqçisi təyin olunacaq Xabi Alonso Luninin komandada qalmasının tərəfdarıdır.
Bundan əlavə, İngiltərənin "Aston Villa" klubu da Lunini heyətinə qatmağı planlaşdırır. Onların 26 yaşlı qolkiperə Madrid təmsilçisindən daha sərfəli maliyyə şərtləri təklif etdiyi iddia olunur.
Kopyalandı
#Real Madrid FK teqi istifadə olunub
- "Real Madrid" La Liqa prezidentinin istefasını tələb edib | Yeni idman xəbərləri - Baku TV
- Braziliyalı ulduz futbolçuya dörd oyunluq diskvalifikasiya cəzası verilib - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- Joze Mourinyo braziliyalı oyunçunu ehtiyatda saxlayacaq?
- Millimiz Litva ilə bacarmadı - Yeni idman xəbərləri - Baku TV
