İlon Mask Mark Zukerberqi döyüşə çağırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyaca məşhur milyarderlər İlon Mask və Mark Zukerberq arasında döyüş ola bilər.
Belə ki, “SpaceX”, “Twitter” və “Tesla” şirkətlərinin sahibi olan İlon Mask “Facebook” şirkətinin yaradıcısı Mark Zukerberqi döyüşə səsləyib. İlon istifadəçilərdən birinin M.Zukerberqin “Twitter”ə rəqib olan platforma yaratdığına dair paylaşımına cavab olaraq “Əgər o hazırdırsa, mən qəfəs döyüşünə çıxmağa razıyam” sözlərini yazıb.
“Meta” şirkətinin sahibi Mark Zukerberq İ.Maskın bu tvitini cavabsız qoymayıb. Mark “İnstagram” hesabının hekayə bölümündə həmin paylaşımı yerləşdirərək "Mənə ünvanı göndər” sözlərini yazıb. 51 yaşlı İ.Mask isə döyüşü Las Veqasdakı oktaqonda keçirməyi təklif edib.
Milyarderlər arasında gedən bu dialoq qısa zamanda sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
#İlon Mask teqi istifadə olunub
- Tramp ilə Mask arasında məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı zəng iddiası gündəmdədir
- Mask süni intellektin inkişafının ənənəvi pulun əhəmiyyətini azalda biləcəyini bildirib
- “Roadster” 0-dan 100 km/saat sürətə 0.81 saniyəyə çatır
- Zelenski prezident seçimi barədə açıqlamasında Tramp və Maskın adını çəkib
- Amerikalı iş adamı sərvətinə 30,6 milyard dollar əlavə edib
