İngiltərə çempionatı: "Arsenal” komandası "Liverpul"u qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərə Premyer liqasında 9-cu turun mərkəzi matçı titula iddialı “Arsenal” və “Liverpul” klubları arasında olub.
“Emireyts” arenasında keçirilən görüşdə hesabı 9-cu dəqiqədə meydan sahibləri açıblar. Bukayo Saka “topçular”ı irəli çıxarıb. 18-ci dəqiqədə Vircil van Deyk tarazlığı bərpa edib: 1-1. Bununla belə, ilk hissə London təmsilçisinin üstünlüyü ilə yekunlaşıb. Fasilə ərəfəsində Mikel Merinonun zərbəsi dəqiq olub.
Məğlubiyyətdən qurtulmağa çalışan “qırmızılar” 2-ci yarıda təzyiqi artırıblar. Mersisaydlıların cəhdləri 81-ci dəqiqədə nəticə verib. Məhəmməd Salah fərqlənib. Qalan vaxtda da qapılar önündə təhlükəli vəziyyətlər yaransa da, başqa qol olmayıb. “Arsenal” – “Liverpul”: 2-2.
Bu nəticədən sonra 22 xalı olan baş məşqçi Arne Slotun kollektivi ilk pilləni əldən verib. 2-ci yerdə olan “Liverpul” “Mançester Siti”dən 1 xal geri qalır. 18 xalı olan “Arsenal” isə 3-cüdür.
#Arsenal FK teqi istifadə olunub
- Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü
- Dyökereş “Arsenal”dan ayrılmağa hazırlaşır? | Yeni idman xəbərləri - Baku TV
- "Arsenal" kimi heyətinə qatmaq istəyir? - Yeni idman xəbərləri - Baku TV
- “Arsenal” kimə görə “Nyukasl”a təklif göndərib? - Yeni idman xəbərləri
- Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi - Yeni idman xəbərləri - Baku TV
