İngiltərə Liqa kubokunda 1/8 finalın iştirakçıları müəyyənləşib
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərə Liqa kubokunda 1/16 final mərhələsinin mərkəzi matçı “Nyukasl” və “Mançester Siti” arasında olub.
“Sent-Ceyms Park” arenasındakı görüşdə “şəhərlilər” ilk hissədə üstün təsir bağışlasalar da, fərqlənə bilməyiblər. 2-ci yarının əvvəlində isə Aleksandr İsak “sağsağanlar”ı irəli çıxarıb. 1-0.
Bundan sonra “Siti” ardıcıl hücumlar təşkil etsə də, məğlubiyyətdən qaça bilməyib. Minimal hesablı qələbə qazanan “Nyukasl” 1/8 finalda “Mançester Yunayted”ə rəqib olub.
Daha bir maraqlı oyunda “Çelsi” və “Brayton” klubları üz-üzə gəliblər. Bu görüşün taleyini də bir top həll edib. Nikolas Ceksonun dəqiq zərbəsi ilə qalib gələn “zadəganlar” növbəti mərhələdə Çempionşip təmsilçisi “Blekbörn Rovers”lə qarşılaşacaq.
“Liverpul” da Liqa kubokunda yoluna davam edir. “Enfild”də “Lester Siti”ni qəbul edən “qırmızılar” ilk yarını 0-1 hesabı ilə geridə tamamlasalar da, fasilədən sonra vəziyyəti dəyişiblər.
Qakpo, Soboslai və Jotanın qolları ilə 3-1 hesablı qələbə qazanan mersisaydlılar 1/8 finalda “Bornmut”la qarşılaşacaqlar.
#Nyukasl FK teqi istifadə olunub
- “Arsenal” kimə görə “Nyukasl”a təklif göndərib? - Yeni idman xəbərləri
- Sandro Tonali "Real Madrid"ə keçə bilər | İspaniya klubu heyətini genişləndirir? - Baku TV
- "Nyukasl"la oyundan öncə Qurban Qurbanovun mətbuat konfransı - Baku TV CANLI
- "Qarabağ"la oyundan sonra həftənin ən yaxşı futbolçusu o oldu | Yeni idman xəbərləri - Baku TV
- "Qarabağ"ın "Nyukasl"a 1:6 hesabı ilə məğlub olması necə dəyərləndirilir? - İDMANDA NƏ BAŞ VERİR?
